Vergi orqanı uçotdan çıxarılma prosesində bir sıra məlumatları yoxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Bu yoxlama müraciət tarixində aparılır.
Əvvəlcə şəxsin əlavə dəyər vergisi üzrə qeydiyyatda olub-olmaması müəyyən edilir.
Eyni zamanda təsərrüfat subyektlərinin mövcudluğu yoxlanılır.
Nəzarət-kassa aparatlarının və POS-terminalların qeydiyyatı da araşdırılır.
Bu məlumatlar uçotun düzgün ləğv olunması üçün vacib sayılır.