Vergi orqanı əməkdaşları təqdim edilən ərizələrin düzgün doldurulmasını yoxlayırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Yoxlama müraciət edən şəxsin iştirakı ilə aparılır.
Ərizədə iqtisadi fəaliyyət növü ilə bağlı məlumatlar daxil edilir.
Bu məlumatlar Dövlət Statistika Komitəsinin təsnifatına uyğun olmalıdır.
Hər bir fəaliyyət növünə müvafiq statistik kod tətbiq edilir.
Beləliklə iqtisadi fəaliyyət haqqında məlumatlar dəqiq şəkildə qeyd olunur.
