Qaydalar şəxsiyyəti təsdiq edən sənədlərin siyahısını da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Azərbaycan vətəndaşları üçün əsas sənəd şəxsiyyət vəsiqəsidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə müvafiq icazə vəsiqələri tələb olunur.
Bu sənədlər Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
Qaçqın statusu almış şəxslər üçün ayrıca qaçqın vəsiqəsi mövcuddur.
Həmin sənədlər vergi uçotu zamanı təqdim edilməlidir.