Layihə tapşırığına əsasən unudulmuş əşyalar üçün saxlama kameraları nəzərdə tutula bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu kameraların sahəsi 10 m²-dən az olmamalıdır. Onlar sərnişinlərin itirilmiş əşyalarının müvəqqəti saxlanılması üçün istifadə edilir. Saxlama otaqları vağzalın xidmət zonalarına yaxın yerləşdirilir. Giriş və çıxışların rahat olması təmin edilməlidir.