Sərhəd zonalarında yerləşən vağzal komplekslərində gömrük sərhəd nəzarət postu layihələndirilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.

Postun tərkibinə yoxlama meydançası və xidmət otaqları daxil edilir. Ərazi 2 m hündürlükdə mühafizə səddi ilə əhatələnməlidir. Təhlükəsizlik üçün video və siqnal sistemləri quraşdırılır. Sanitariya-karantin postları platformalara çıxışla təmin edilir.