
III dərəcəli hüquqşünas və Ədliyyə leytenantı üçün rütbədə olma müddəti 2 ildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
II dərəcəli hüquqşünas və Ədliyyə baş leytenantı üçün müddət 3 il müəyyən edilir.
I dərəcəli hüquqşünas və Ədliyyə kapitanı üçün müddət 3 ildir, Kiçik ədliyyə müşaviri və Ədliyyə mayoru 4 il müddətində olmalıdır.
Ədliyyə müşaviri və Ədliyyə polkovnik-leytenantı isə 5 il müddətində həmin rütbədə qalır.
