Prokurorluq işçilərinin peşəkarlıq səviyyəsi attestasiya ilə müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Attestasiya xidməti fəaliyyətin qiymətləndirilməsi və peşə hazırlığının artırılması üçün həyata keçirilir.
Hərbi prokurorluğun işçiləri üçün attestasiya ümumi tələblərə uyğun aparılır.
Siyasi baxış və etiqad səbəbindən qiymətləndirmə aparmaq qadağandır.