İnformasiya ehtiyatlarının mülkiyyətçiləri və sahibləri istifadə qaydalarına əməl olunmasına görə məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
İstifadəçilərin hüquqlarının əsassız məhdudlaşdırılması qanun pozuntusu hesab olunur. Vəzifəli şəxslər də bu məsuliyyətə cəlb edilə bilər. Məsuliyyət qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Bu norma informasiya dövriyyəsində hüquqi nizam yaradır.
