Kritik informasiya infrastrukturu və kibertəhlükəsizlik sahəsində əsas anlayışlar və tələblər müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Kibertəhdid informasiya sistemlərinə müdaxilə və təhlükəsizlik pozuntusu yaradan amil və ya vəziyyətdir.
Kiberhücum informasiya sistemlərinin fəaliyyətini pozmaq məqsədilə qəsdən həyata keçirilən əməl kimi müəyyən olunur.
Kiberinsident sistemlərin dayanmasına və ya informasiya təhlükəsizliyinin pozulmasına səbəb olan hadisədir.
Elektron xidmətlər dövlət orqanları tərəfindən informasiya texnologiyaları vasitəsilə göstərilən xidmət formasıdır.