Qanunda informasiya anlayışı müxtəlif formalarda təqdim olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.

İnformasiya faktlar, rəylər və xəbərlər formasında ortaya çıxan məlumatları əhatə edir. Sənədləşdirilmiş informasiya isə maddi daşıyıcıda qeydə alınan məlumat kimi müəyyən edilir. Açıq informasiya istifadəsi məhdudlaşdırılmayan məlumatları əhatə edir. Konfidensial informasiya isə məhdudlaşdırılmış və qorunan məlumatlar kateqoriyasına daxildir.