Qanunda informasiya, sənəd, açıq və konfidensial informasiya kimi əsas anlayışlar müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
İnformasiya müxtəlif fakt, xəbər və biliklərin məcmusu kimi izah olunur. Sənədləşdirilmiş informasiya isə maddi daşıyıcıda qeydə alınmış məlumatları ifadə edir. Açıq informasiya məhdudiyyətsiz istifadə üçün nəzərdə tutulmuş məlumatlardır. Konfidensial informasiya isə hüquqi və şəxsi maraqları qorumaq üçün məhdudlaşdırılmış məlumatları əhatə edir.
