Prokurorluq işçisinin vəzifədə irəli çəkilmək hüququ vardır.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
9-cu təsnifat vəzifədə azı 2 il işlədikdən sonra 8-ci təsnifat vəzifəyə keçid mümkündür.
8-ci təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 6-cı və ya 7-ci təsnifat vəzifəyə irəli çəkilə bilər.
Müddət və qaydalar müəyyən hallarda Baş Prokuror tərəfindən dəyişdirilə bilər.