Platformalarda talvarlar sərnişinlərin hava şəraitindən qorunması üçün nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Talvarların ölçüləri platforma eninə uyğun seçilir. Yağış sularının sərnişin zonasına axması qadağandır. Böyük vağzallarda tam örtük tələb olunur. Konstruksiyalar normativ sabitliyə uyğun olmalıdır.
