Mayın 11-də Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq.  Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 %  təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti olacaq.