Kritik informasiya infrastrukturu dövlət və cəmiyyət üçün vacib sistemlərin məcmusu kimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Bu infrastruktura müdafiə, səhiyyə, energetika və digər mühüm sahələr daxildir. Onun pozulması ciddi sosial və iqtisadi nəticələr yarada bilər. Obyektlər və subyektlər xüsusi qaydalarla müəyyən edilir. Dövlət bu sahənin təhlükəsizliyini xüsusi nəzarətdə saxlayır.
