
Qadağan edilmiş informasiya aşkar edildikdə internet resurslarına qarşı xəbərdarlıq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Tələblər yerinə yetirilmədikdə məhkəməyə müraciət olunması nəzərdə tutulur.
Təxirəsalınmaz hallarda müvəqqəti bloklama qərarı verilə bilər.
Məhkəmə qərarı ilə informasiya ehtiyatına giriş məhdudlaşdırılır və siyahıya daxil edilir.
Host və internet provayderlər bloklama qərarlarını dərhal icra etməlidirlər.
