Sabirabadda zəncirvari qəza olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.

“Mercedes Vito” markalı mikroavtobus, “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində  “VAZ 2109”-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb, 8 nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.