Vağzallarda ictimai iaşə obyektləri nəzərdə tutula bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Onlar əsas sərnişin axınından kənarda yerləşdirilməlidir. Obyektlər paylayıcı və gözləmə zallarına bitişik ola bilər. Sahə və tutum layihə tapşırığı ilə müəyyən edilir. Sanitariya və gigiyena tələblərinə əməl olunmalıdır.
