Azərbaycanda cəzaların icrası sahəsini tənzimləyən qanunvericiliyin tərkibi müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.

Qanunvericilik məhkəmələrin təyin etdiyi cəzaların icrası və çəkilməsi qaydalarını müəyyən edir. Buraya cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi də daxildir. Qaydalar Məcəllə, digər normativ aktlar və beynəlxalq müqavilələr əsasında formalaşdırılır.