Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında əməliyyatların əlaqələndirilməsi qaydası açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, büdcələrin tərtibi, icrası və nəzarəti üzrə tədbirlər planı birgə hazırlanır. Həmin plan müvafiq icra hakimiyyəti orqanı və fondlar tərəfindən təsdiqlənir. Tədbirlər planının mətbuatda dərc olunması da tələb edilir.