Yerli büdcənin formalaşdırılması və istifadə prinsipləri müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Yerli büdcə bələdiyyələrin səlahiyyətlərini həyata keçirmək üçün nəzərdə tutulan maliyyə vəsaiti hesab olunur. Bu vəsait özünüidarəetmə prinsiplərinin reallaşdırılmasına xidmət edir. Yerli büdcə Konstitusiya və qanunlarla müəyyən olunmuş funksiyaların icrasına yönəldilir.