Daşınmaz əmlakın dövlət reyestr nömrəsinin hüquqi statusu müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, reyestr nömrəsi təkrarolunmaz və dəyişməyən identifikasiya vasitəsi sayılır.
Həmin nömrə daşınmaz əmlak obyektinin vahid şəkildə mövcud olduğunu göstərir.
Sənəddə hüquqların məhdudlaşdırılması anlayışı da ayrıca izah olunub.
İpoteka, servitut, uzufrukt və əmlak üzərinə həbs qoyulması bu məhdudiyyətlərə aid edilib.
