Daşınmaz əmlakla bağlı notariat hərəkətlərində elektron məlumat mübadiləsi nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Notariuslar reyestrdən çıxarış və digər məlumatları real vaxt rejimində əldə edə bilirlər.
Notariat sənədləri təsdiqləndikdən sonra dərhal elektron formada reyestrə ötürülür.
Bu proses elektron informasiya sistemləri vasitəsilə həyata keçirilir.
Sistem məlumat mübadiləsinin təhlükəsizliyini təmin edir.
