Bələdiyyələrin büdcə fəaliyyəti ilə bağlı yeni təminatlar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə yol verilmir. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna təşkil edir. Bu norma bələdiyyələrin maliyyə müstəqilliyini qorumağa yönəlib.
