Yerli büdcələrə daxil edilən layihələrin maliyyələşdirilməsi mexanizmi müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, büdcədənkənar dövlət fondlarından ayrılan vəsait yerli büdcə vasitəsilə istifadə ediləcək. Bu yanaşma maliyyə axınının nəzarətdə saxlanmasına xidmət edir. Məqsəd layihələrin icrasında şəffaflığın artırılmasıdır.