Ağır xəstə məhkumların dini hüquqları ilə bağlı müddəalar açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Həyatı üçün təhlükə yaranan məhkumların istəyi ilə din xadimləri müəssisəyə dəvət oluna bilər. Onlar zəruri dini ayinləri yerinə yetirə biləcəklər. Bu qayda humanitar yanaşmanın təmin edilməsinə xidmət edir.
