Probasiya nəzarətini həyata keçirən icra məmurlarının vəzifələri genişləndirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Məhkumun olduğu yer məlum olmadıqda ilkin axtarış tədbirləri görüləcək. Şəxsin yeri 10 gündən artıq müəyyən edilməzsə, onun barəsində axtarış elan ediləcək. Bu addım probasiya nəzarətinin icrasını gücləndirməyə yönəlib.
