Dövlət reyestri daşınmaz əmlak və hüquqlar barədə məlumatların sistemli şəkildə saxlanıldığı bazadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Reyestr bölmələr və qovluqlardan ibarətdir. Hər əmlak üçün ayrıca reyestr nömrəsi verilir. Məlumatlar daimi saxlanılır və silinməsi qadağandır. Sistem həm kağız, həm də elektron formada aparılır.
