Azadlığın məhdudlaşdırılması cəzasının icrasından yayınanlarla bağlı yeni qaydalar müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Məhkumun müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etməsi pozuntu sayılacaq.
Yaşayış yerini 10 gündən artıq icazəsiz tərk edən şəxslər qərəzli yayınan hesab olunacaqlar.
Belə şəxslərlə bağlı məhkəməyə təqdimat veriləcək.