Tikintisi başa çatmamış daşınmaz əmlak üzərində hüquqlar qabaqcadan qeydiyyata alına bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Bu qeydiyyat gələcək hüquqların təminatı rolunu oynayır. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra sərəncam məhdudlaşdırıla bilər. Hüququn üstünlüyü müraciət vaxtı ilə müəyyən edilir. Bu mexanizm hüquqi təhlükəsizliyi gücləndirir.
