Daşınmaz əmlak hüquqlarının qeydiyyatı müəyyən mərhələlər üzrə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Sənədlərin qəbul edilməsi və yoxlanılması əsas mərhələlərdəndir. Hüquqların uyğunluğu və ziddiyyətlərin olub-olmaması araşdırılır. Qeydiyyat orqanı müəyyən müddət ərzində çıxarış təqdim edir. Bütün proses elektron və inzibati qaydada həyata keçirilir.
