Məhkumların cəzaçəkmə yeri ilə bağlı məlumatlandırma qaydası müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumuna məlumat veriləcək. Buraya cəzanın icrası, yerdəyişmələr və azad edilmə barədə məlumatlar daxildir. Məqsəd ailə əlaqələrinin qorunmasını təmin etməkdir.
