Məzuniyyət günlərinə görə ödəniş xüsusi formula əsasında hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əvvəlcə son 12 ayın əməkhaqqısı 12-yə bölünərək orta aylıq əməkhaqqı müəyyən edilir.
Sonra bu məbləğ 30,4 təqvim gününə bölünərək bir günlük əməkhaqqı hesablanır.
Alınan nəticə məzuniyyət günlərinin sayına vurulur.