Məzuniyyətdə olan işçinin işə qaytarılması yalnız xüsusi hallarda mümkündür.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Belə hallar istehsalat qəzasının nəticələrinin aradan qaldırılması və ya təxirəsalınmaz işlərin görülməsi ilə bağlı ola bilər.
İşçi yalnız öz razılığı ilə məzuniyyətdən geri çağırıla bilər.
Bu qərar müvafiq əmr və ya sərəncamla rəsmiləşdirilməlidir.
