Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması hallarında maraqlı şəxslər iddia qaldıra bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Qeydiyyatın ləğvi və ya dəyişdirilməsi məhkəmə qaydasında tələb oluna bilər.
Bununla yanaşı, zərərin əvəzinin ödənilməsi də mümkündür.
Vicdanlı üçüncü şəxslərin əldə etdiyi hüquqlar isə qorunur.
