Kooperativ ən azı beş fiziki və ya hüquqi şəxs tərəfindən yaradıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Kooperativ yaratmaq üçün təşəbbüs qrupu formalaşdırılır.
Bu qrup fəaliyyətin əsaslandırılması və nizamnamə layihəsinin hazırlanması ilə məşğul olur.
Təsis yığıncağında kooperativin yaradılması və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar qəbul edilir.