Dövlət orqanları, bələdiyyələr və digər şəxslər kooperativlə münasibətlərini müqavilə əsasında qururlar.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət orqanları və bələdiyyələr kooperativlərin fəaliyyətinə müdaxilə edə bilməzlər. Bu məhdudiyyət təsərrüfat, maliyyə və idarəetmə fəaliyyətini də əhatə edir. Məqsəd kooperativlərin müstəqil fəaliyyətini təmin etməkdir.
