Bəzi hallarda əmək normaları müvəqqəti xarakter daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Belə normalar yeni texnologiyanın və ya istehsal prosesinin mənimsənilməsi dövründə tətbiq edilir.
Onların qüvvədə olma müddəti üç ayadək müəyyən edilə bilər.
Bu müddət ərzində istehsal prosesinin xüsusiyyətləri qiymətləndirilir.
