Əmək məzuniyyəti hüququ verən staj hesablanarkən müxtəlif dövrlər nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
İşçinin faktiki işlədiyi müddət stajın əsas hissəsini təşkil edir.
Əməkhaqqının və iş yerinin saxlanıldığı bəzi dövrlər də staja daxil edilir.
Qanunsuz işdən çıxarılan və sonradan bərpa olunan şəxslərin məcburi işburaxma dövrü də nəzərə alınır.