Müvəqqəti olaraq başqa işçini əvəz edən əməkdaşların əməkhaqqı ilə bağlı qaydalar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əvəz edilən işçinin maaşı əvəz edən şəxsin maaşından yüksək olduqda fərq ödənilir.
Maaşlar eyni və ya daha aşağı olduqda isə əlavə ödəniş müəyyən edilir.
Bu əlavənin məbləği işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.