İşçinin razılığı ilə əmək haqqının 20 faizədək hissəsi natura formasında ödənilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Bu ödəniş müəssisədə istehsal olunan istehlak malları ilə həyata keçirilə bilər.
Alkoqollu içkilər, tütün məmulatları, narkotik vasitələr və digər qadağan olunmuş məhsullar bu siyahıya daxil edilmir.
Əmək haqqı əsasən Azərbaycan manatında ödənilməlidir.