İş vaxtından artıq görülən hər saat iş üçün artırılmış əməkhaqqı ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Vaxtamuzd işçilərə ən azı ikiqat saatlıq maaş hesablanır.
Gecə vaxtı və çoxnövbəli iş rejimində çalışanlara da əlavə ödəniş verilir.
Bu əlavələrin konkret məbləği əmək və ya kollektiv müqavilələrlə müəyyən edilir.