Gecə vaxtı və çoxnövbəli iş rejimində çalışanlara yüksək məbləğdə əməkhaqqı ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Ödənişin minimum həddi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.
Konkret əlavə məbləğ əmək və ya kollektiv müqavilə ilə təsbit olunur.
Bu qayda işçilərin əlavə əmək yükünün kompensasiya edilməsinə xidmət edir.
