Əmək və icra intizamını pozan işçilərə müxtəlif intizam tənbehləri tətbiq edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Töhmət, şiddətli töhmət, cərimə və əmək müqaviləsinə xitam verilməsi intizam tədbirləri sırasındadır.
İşçi işəgötürənə vurduğu ziyana görə müəyyən hallarda tam maddi məsuliyyət daşıyır.
İşəgötürən də qanunsuz hərəkətləri nəticəsində işçiyə vurduğu ziyana görə tam məsuliyyət daşımalıdır.