Əməkhaqqı işçilərə ayda azı bir dəfə ödənilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Tərəflərin razılığı ilə maaş ayda iki hissə şəklində də verilə bilər.
Əməkhaqqından tutulmalar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda həyata keçirilir.
Tutulan məbləğlərin ümumi həcmi əksər hallarda əməkhaqqının 20 faizindən artıq ola bilməz.