Qanunda yol hərəkətinin təhlükəsizliyi iştirakçıların yol-nəqliyyat hadisələrindən qorunma səviyyəsi kimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Beynəlxalq yol hərəkəti isə xarici dövlətə məxsus nəqliyyat vasitələrinin digər ölkə ərazisində müvəqqəti iştirakı ilə bağlıdır.
Belə nəqliyyat vasitələri qəbul edən dövlətdə qeydiyyata alınmır.
Bu anlayışlar beynəlxalq daşımaların hüquqi əsaslarını müəyyənləşdirir.
