Qanunda motosiklet və mopedlərin hüquqi anlayışları dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Trisikllər və yüngül kvadrisikllər motosikletlərə bərabər tutulur.
Mopedlərin texniki göstəriciləri və sürət həddi də ayrıca müəyyən olunub.
Kiçik elektrik nəqliyyat vasitələri isə bu kateqoriyadan istisna edilir.

