Yaşıllıqlar barədə məlumatların sistemli şəkildə toplanması qanunla tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Qanunda yaşıllıqların uçotu və kadastrının aparılması nəzərdə tutulur.
Bu məlumat bazasında yaşıllıqların növü, ərazisi, kəmiyyət və keyfiyyət göstəriciləri əks etdiriləcək.
Eyni zamanda yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq sistemi yaradılacaq.
Monitorinq müntəzəm müşahidə və tədqiqatlar əsasında həyata keçiriləcək.