Ümumi təhsil müəssisələrinin nizamnamələrinin təsdiqi ilə bağlı qaydalar dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Dövlət məktəblərinin nizamnamələri səlahiyyətli orqan tərəfindən təsdiq ediləcək.
Bələdiyyə və özəl məktəblərin nizamnamələri isə təsisçilər tərəfindən təsdiqlənəcək.
Bu zaman aidiyyəti dövlət qurumunun rəyi nəzərə alınmalıdır.
