Yetkinlik yaşına çatmayanların təhlükəsizliyinin artırılması istiqamətində yeni tələb müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Şagirdlərə cinsi istismar və cinsi zorakılıq təhlükələri barədə yaş səviyyələrinə uyğun məlumat veriləcək.

Onlara özünümüdafiə vasitələri və təhlükəli hallardan qorunma yolları izah olunacaq.

Maarifləndirmə prosesinə valideynlər və digər qanuni nümayəndələr də cəlb oluna bilərlər.